Gözəlliyin sirləri

Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin Tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, onu davamlı etmək əlbəttə ki, qadının özündən də çox asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Baxımlı qadınlar cəmiyyət tərəfindən də daha hörmətlə qarşılanır, onlarda özünə inam və əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir. Qadın gözəlliyini bərpa etmək, qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə və daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətliliyini təmin edən qadınlar daha çoxdur. Adi insanlardan tutmuş ən məhşur qadınlaradək. Onlar müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsalar belə, təbii vasitələrdən bəhrələnməyi  unutmurlar. Yəqin ki, bəzi tanınmış qadınların istifadə etdiyi  sadə  gözəllik reseptlərini  bilmək sizin üçün də maraqlı olar:

Məsələn, məşhur model Sindi Krouford dərisindən təbii südü əsirgəmir. O, pulverizatora bərabər miqdarda süd və su dolduraraq dərisini nəmləndirir və süd məhlulu üzündə quruyur. Belə məhlulu soyuducuda  1 gün  saxlamaq  olar.

Ceyn  Fonda  cücərmiş  buğda dənlərindən belə bir maska hazırlayır: 1 xörək qaşığı suda 1 xörək qaşığı dənləri  qarışdırır  və  üzərinə 1 yumurta sarısı əlavə edir, üzünə çəkir. Maska quruduqda üzərinə ikincisini çəkmək lazımdır. 20 dəqiqə sonra su ilə yumaq, sonra krem çəkmək lazımdır.

Aktrisa  Cenifer Lav etiraf edir ki, dərisində  əmələ gələn  civzələri  adi diş pastası ilə qurudur. Diş pastasını iltihab nahiyələrinə nöqtə kimi sürtür.

Aktrisa  Mina  Suvari  aloye  şirəsini  duş  qəbul   etdikdən  sonra  bədəninə  sürtür.

Sofi Marso isə belə bir reseptdən istifadə edir: hər səhər duşdan sonra bədəninə zeytun yağı sürtür, hopandan sonra qalıqlarını salfetlə silir.

Culiya  Roberts   vaxtaşırı olaraq ilıq vannalar edərək  zeytun  yağını  əlləri  üçün istifadə edir.

Lüsi  Lyu qarğıdalı  unundan bədəni üçün skrab kimi istifadə edir. O, unu su ilə qarışdırır, yüngül massaj edərək  bədəninə  sürtür,  sonra ilıq  su  ilə  yuyur.

Sindi Krouford dərisini kofe çöküntüsü ilə pilinq edir. Kofe sellülitlə mübarizəyə kömək edərək dərini hamar saxlayır. Problemli nahiyələrə kofe sürtüb, sonra su ilə yumaq kifayətdir.

Ketrin  Zeta-Cons öz cazibədar saçlarına görə zeytun yağına minnətdardır. O, həftədə 1 dəfə zeytun yağını  quru saçlarının dibinə sürtür, başını selofanla, sonra isə dəsmalla örtür. Yarım saat sonra şampunla yuyur.

Cenifer  Eniston şampuna 2 aspirin həbi əlvə edir ki, bu da saçlara parlaqlıq verir və tökülməsinin qarşısını alır.

Aktrisa  Sara  Cesika  Parker  belə  bir  krem  düzəldir:  2 xörək  qaşığı  qaymağı  1 xörək  qaşığı  zeytun yağı  və 1 çay  qaşığı  limon şirəsi ilə qarışdırır. Alınan qarışığı başının dərisinə çəkir, 10 dəqiqə sonra ilıq su ilə yaxalayır.

Bütün qadınlarımızın sağlam, təravətli və yüksək əhval-ruhiyyədə olmasını arzulayırıq. Qadın sağlamdırsa, deməli gözəldir.

 

There are no comments yet. Be the first and leave a response!

Leave a Reply

Wanting to leave an <em>phasis on your comment?