Kök xanımlar necə geyinməli?

Bu gün kök insanların sayı durmadan artmaqdadır. Məsələn əgər 10 il əvvəl yalnız Avropada böyük ölçülü geyimlər əhalinin 25% -i üçün zəruri idisə, zəmanəmizdə bu ölçülü paltarlara ehtiyyac duyanların sayı 10 %-də artıb. Amerikada isə əhalinin yarıdan çoxu artıq çəki probleminin daşıyıcısıdır.

Dizaynerlər də müasir çəki artımı tendensiyasını izləyərək,dolu xanımlar üçün əsl dəb şedevrləri yaradırlar.

Dolu xanımlar üçün geyim rəngi mavi, yaşıl, boz, qəhvəyi, bardo və bənövşəyi rəngin çalarları ola bilər. Zolaqlar sizi daha arıq və cazibədar göstərə bilər.Psixoloqlarsa əmin edirlər ki, bu zolaqlar al-əlvan rənglərin çalarları olarsa .sahibəsinə daha çox əminlik bəxş edəcək. Lakin al rənglərə vurğu göstərmək istədiyimiz hissələrdə edilməli, ört-basdır etmək istədiyimiz hissələrdə isə rənglər maksimum tünd və bir rəngli olmalıdır.


Yuxarı və aşağı hissələr arasında kəskin təzad yolverilməzdir. Yaxşı olar ki, yuxarı isti, aşağı isə soyuq rəngin çalarlarında seçilsin. Dolu insanlar unutmamalıdırlar ki, onların qarderobunda corablar,ətəklik və ayaqqabılar hormoniya təşkil etməlidir. Bu geyim elementləri eyni rənglərin çalarlarında seçilməlidir. Corablar maksimum bədəni dartmalı və ət rəngi və ya tünd qalın olmalıdırlar. Qalın corablar qarın və çanaqlar nahiyyəsində bir neçə santimetr gizlətməyinizə kömək olacaq.

Unutmaq olmaz ki, paltarların yaxalığı sizin çəkinizi gizlədə və ya artıq göstərə də bilər. Odur ki, artıq çəkili xanımların V formalı yaxalıqlı paltarlara üstünlük vermələri məqsədə uyğundur

İpək şarflar qısa boyuna malik xanımların köməyinə çata bilər. Kök əlləri isə ¾ qolluqlu paltarlar ört basdır edə bilər. Diqqət yetirməli olduğunuz növbəti məqam belinizdir. Hətta nazik belə malik deyilsinizsə belə, ətrafınızdakıları vizual nail olduğunuz belinizlə heyrətləndirə bilərsiniz. Bunun üçün ya paltarınızın altından geyinəcəyiniz korset və ya paltarlarınızın üstündən incə bel obrazı yaradacaq . kəmərlər lazımdır.

[Gallery not found]

Hündürdaban ayaqqabılardan mümkün qədər imtina etməməyə çalışın. Bu ayaqqabılar sizi daha hündür və arıq göstərəcək. Çantalarınız iri,kvadrat və ya üçbucaq formalı, sırğalarınız uzun olmalıdır. Uzun boyunbağılar da sizə nisbətən arıq olmağa yardım edəcək.Belə qədər olan yunbağı daha effektivdir.

Sizin üçün optimal forma-uzun və midi ətəkliklərdir.

Kök xanımlar üçün geyimlər həmişə tikilsə də, son illər yeni ideya və yanaşmalar bu tərzi daha cazibədar və rəngarəng edib.Odur ki, siz öz zövqünüzə uyğun olaraq axtardığınız görünüşə nail ola bilərsiniz.

Bu gün Avropada dolu xanımlar üçün 30 geyim markası var. Lakin adətən bu geyimlər kiçik ölçülü geyimlərlə müqayisədə daha bahadır. Azərbaycana gəlincə,paytaxt Bakıda böyük ölçülü geyim tapmaq elə də çətin məsələ deyil. Sadəcə bahalı brendlərin böyük ölçülü geyimləri yerli bazarda qıtlıq təşkil edir. Türkiyədən gətirilən geyim markaları içərisində isə böyük bədən ölçüləri ilə səsləşən libaslar tapmaq bir o qədər də çətin deyil. Ən əsası isə odur ki, seçdiyiniz libas sizi çəkinizdən asılı olmayaraq gülünc görünüşə salmasın,əksinə əsl xanım obrazınızı tamamlasın.

There are no comments yet. Be the first and leave a response!

Leave a Reply

Wanting to leave an <em>phasis on your comment?